AZ

1500 məktəbin bağlanması həmin ərazilərin boşalmasına səbəb olacaq - Deputat

Ölkə üzrə 4400 məktəbdən 1500-nün bağlanması həmin ərazilərin boşalmasına səbəb olacaq. Bunu deputat Ceyhun Məmmədov deyib. 
 
"Regionalarda ümumilikdə 1500 məktəbin bağlanması problemlər yaradacaq. Hesab edirəm həmin ərazilər boşalacaq. Həmçinin elmi ərəcələrlə bağlı olan məsələyə də baxılmalıdır. Tətbiq olunacaq yeni mexanizm ya tez bir zamanda açıqlanmalıdır, ya da dərəcələrə görə vəsaitlərin həcmi az da olsa artırılmalıdır", - deputat noyabrın 26-da  Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.  
 
Deputat universitet müəllimlərinin də maaşalrının artırılmasına ehtiyac olduğunu açıqlayıb. 
 
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyinin əsas hədəflərindən biri alimlərə elmi adlarına  görə yox, elmi fəaliyyətlərinə görə ödənişlər etməkdir.
 
Nazir vurğulayıb ki, elmi adlara görə ödəniş etmək doğru deyil. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
7
anews.az

1Mənbələr