AZ

“Problemin həlli yolu alternativ tədris müəssisələrinin istifadəyə verilməsidir” - EKSPERT FİKRİ

“Altıncı gün şagirdlərin dərsə getmək məsələsi birbaşa olaraq məktəblərdəki sıxlıqla əlaqədardır. Paytaxt və paytaxtdan kənar ərazilərdə daha çox əhali məskunlaşıb. Bu da özünü tədris prosesində göstərir, sıxlıq səbəbindən şagirdlər altıncı günlər də dərsə getməli olurlar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, sözügedən problemin qarşısını almağın yeganə yolu əhalinin sıx məskunlaşdığı ərazilərdə alternativ tədris müəssisələrinin istifadəyə verilməsidir: “Eyni zamanda mövcud təhsil müəssisəsinin yeni korpusu da istifadəyə verilə bilər. Lakin əks halda şagird sıxlığı 4000-5000 nəfərdir və burada cədvəlin qurulması, şagirdləri günlərə görə yerləşdirmə zamanı dərs müddəti iki növbəni belə aşır. Nəticədə də artıq məktəb direktorları əlacsızlıqdan həftənin şənbə günü də dərs saatı təyin edir. Hətta bəzən şənbə günü fəaliyyət göstərən məktəblərdə dövlət tərəfindən müvafiq günlərlə bağlı tətil elan edildikdə yenə də əziyyət çəkirlər. Belə ki, həmin məktəblər 1-2 gün daha çox işləməli olurlar. Bu da həm təhsilverən, həm də təhsilalanlar üçün xoşagəlməz hal olur.
Burada məsələnin yeganə həll yolu yeni təhsil müəssisələrinin tikilib, istifadəyə verilməsidir. Çünki əhalinin daha az məslunlaşdığı yerlərə nəzər yetirsək, həmin ərazilərdəki məktəblər 5 gün fəaliyyət göstərirlər”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
12
sia.az

1Mənbələr