AZ

Joze Mourinyo "Slavia Praqa" ilə görüş öncəsi heyətdə dəyişiklik edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fənərbağça" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo Avropa Liqasında "Slavia Praqa" ilə oyundan öncə əsas heyətdə meydana buraxacağı oyunçuların siyahısında dəyişiklik etmək məcburiyyətində qalıb.
Oxu.Az xəbər verir ki, Filip Kostiç və Oğuz Aydın UEFA-ya verilən siyahıda olmadıqları üçün Çexiyaya aparılmayacaqlar, Rodriqo Bekao sarı vərəqə cəzasına görə komandasına kömək edə bilməyəcək.
Bu futbolçuların yoxluğunda Mert Müldürün yenidən sol cinah müdafiəsinə keçəcəyi dəqiqdir. Çağlar Söyüncünün zədəsi davam etdiyi üçün mərkəz müdafiəsində Samet Akaydın - Aleksander Dyuk cütlüyü toxunulmaz qalacaq. Osayi Samuel sağ cinahda oynayacaq. Sofyan Amrabatın yarımmüdafiədə yeri təmin olunub. Fred "Kayseri"yə qarşı yaxşı oynasa da, yarımmüdafiə xəttinin daha möhkəm olması üçün "Slaviya Praqa" ilə səfər oyununda İsmail Yüksekə üstünlük verilə bilər. Mourinyo uzun fasilədən sonra Sebastian Şmanskini ilk 11-liyə qaytara bilər.
Duşan Tadiçin sağdakı yeri təmin edilir. Solda isə Saint Maksim hazır olduğu halda formanı geyinəcək. Əks halda İrfan Can Kahvecinin oynayacağı gözlənilir. Hücum xəttinə gəlincə isə, Yusif Ən Nəsiri ilk 11-lik üçün ən güclü namizəddir.
Seçilən
184
50
oxu.az

10Mənbələr