AZ

Aşqabadda ITTC-2024 beynəlxalq nəqliyyat sərgisi işə başladı

Yazını böyüt
Yazını kiçilt

Aşqabadda “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf - 2024” (ITTC-2024) beynəlxalq sərgisi işə başlayıb.

Hafta.az-ın yazdığına görə, Türkmənistan Nazirlər Şurası yanında Nəqliyyat və Rabitə Agentliyinin “Belli” şirkəti ilə birgə təşkil etdiyi sərgidə daşıma sahəsində yeni texnologiyaların və məhsulların təşviqi üçün platforma yaratmaqla yanaşı, yerli və xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasına da imkan yaradır. İştirakçılar arasında yüksək səviyyəli hökumət nümayəndələri, nəqliyyat sənayesi ekspertləri və beynəlxalq təşkilatların nümayəndələri var.

Tədbirin nəqliyyat və logistika sahəsində beynəlxalq əməkdaşlığın inkişafında mühüm addım olacağı və iştirakçı ölkələr arasında nəqliyyat əlaqələrinin gücləndirilməsinə kömək edəcəyi gözlənilir.

Seçilən
18
hafta.az

1Mənbələr