Bakıda 21 yaşlı qız itkin düşüb.
Bakupost.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa, qara rəngli və gözləri qəhvəyidir.
Onu görən və ya harada olduğunu bilən şəxslərdən DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə,
(+994 12) 590-72-03;
(+994 12) 456-03-02;
(+994 51) 571-03-11;
(+994 55) 211-81-74;
(+994 50) 222-82-80
nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.