AZ

NATO-nun nümayəndə heyəti Bakıda səfərdədir

NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. 

Nümayəndə heyəti Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qəbul edilib.

Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət müzakirə olunub.

Tərəflər həmçinin Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı məsələsinə toxunulub.

Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Seçilən
2
24
turan.az

10Mənbələr