Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deputatlara növbəti prezident seçkilərinin dekabrın 14-də keçirilməsini təklif edib.AFN.az yerli mediaya istinadən xəbər verir ki, təklif reallaşarsa, yeni dövlət başçısının andiçmə mərasimi dekabrın 29-da baş tutacaq."Mən Gürcüstanda növbəti prezident seçkilərinin 2024-cü il dekabrın 14-də keçirilməsini təklif edirəm. Buna uyğun olaraq, bizim qanunvericiliyimizə əsasən, andiçmə mərasimi 2024-cü il dekabrın 29-da baş tutacaq", - deyə Papuaşvili parlament bürosunun iclasında deyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta