AZ

HANSI KİTABI OXUMAQ OLMAZ?

Tanınmış yazıçı-publisist Səfər Alışarlı kitablara münasibətdə cəmiyyətə ünvanlı maraqlı tövsiyyə edib...

Sitat: "...Cəmiyyəti kitab oxumamaqda günahlandırırıq. Fikrimcə, hər kitabı oxumaq olmaz. Xüsusilə Azərbaycan müəlliflərinin kitabını oxumaqda gərək çox ehtiyatlı və tədbirli davranasan. Milli kitabxanamızın, "klassika" deyiləni də daxil olmaqla, 95 faizi mütaliəyə nəinki yararsızdır, hətta zövq, psixika və tərbiyə üçün təhlükəlidir. Ona görə seçiminizdə ehtiyatlı olun. Müəllifləri tərifləyənlərə inanmayın, onlar mənafe güdənlərdir...".

Bəli, son 25 il ərzində Azərbaycanda yeni texnologiyaların həyatımıza daxil olması ilə də kitaba münasibət mənfiyə doğru dəyişib... Lakin bunun günahı heç də bəzən oxucuda deyil. Günah kitabda da deyildir... Günah kitab yazanlardadır. Səsi olmayan və milli musiqi ənənələrindən baş çıxarmayan müğənnilərin fonoqramçılığı və ya soyunub efirə çıxaraq bədən əzalarını, "füqura"sını nümayiş etdirməsi kimi, bəziləri də əlinə babat pul düşən kimi kitab yazmaq eşqinə düşür. Çayxana söhbətini, yaxud adi bir məqalə stilində olan yazını şişirdib roman, yaxud povest, hekayə adlandıranlardan fərqli nəsə gözləmək də doğru deyil... Bəzən də müəllif əsərin qəhrəmanından daha çox özünü önə çıxarıb reklam etdirir.

A.Məmmədli

Seçilən
15
tezadlar.az

1Mənbələr