Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.
Kommersant.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılmaqdadır:
"Bu addımlardan biri kimi torpaq sahələri üzrə icarənin ƏDV-yə cəlb edilməməsini qeyd edə bilərəm.
Hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad edilir. Eyni zamanda, ƏDV-nin vergitutma obyekti ilə bağlı Vergi Məcəlləsinin normaları arasında uzlaşdırma aparılır".
"Qeyd edim ki, fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Bu səbəbdən icarə haqqı ƏDV-yə cəlb edilmir", - deyə o əlavə edib.