Avstriyadan İsveçrəyə gedən “Pfunds” dağı yolunda dünyanın ən bahalı avtomobil qəzası baş verib.
Valyuta.az xəbər verir ki, qəza zamanı “Ferrari La Ferrari”, “Ferrari 812 Superfast”, “McLaren Elva” və “Bentley Continental GTC” modellərinə aid avtomobillər toqquşub.
Bu avtomobillərin ümumi dəyəri 7 milyon İsveçrə frankdır (13,4 milyon manat). Qəza zamanı avtomobillərə dəyən ziyanın 1,8 milyon İsveçrə frankı (3,44 milyon manat) olduğu bildirilir.
Zədələnən avtomobillər içərisində ən bahalısı dəyəri 4 milyon İsveçrə frankı (7,65 milyon manat) olan “Ferrari La Ferrari”dir . Bu avtomobillərdən yalnız 499 nümunə var.
“McLaren Elva” da bahalı avtomobildir. Onun qiyməti 1,7 milyon frank, yəni 3,3 milyon manatdır.
©Sfera.az