AZ

Naxçıvanda sahibkarlara bir sıra vergi güzəştlərinin tətbiqi ilə bağlı təkliflər irəli sürülüb

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçmiş və əsasfəaliyyəti Muxtar Respublikada olan sahibkarlıq subyektlərinin 10il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən azad edilməsitəklifi irəli sürülüb.

Trend xəbər verir ki, bubarədə Naxçıvan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının (ASK) sədri Vüqar Abbasov “Biznesassosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri”mövzusunda keçirilən tədbirdə deyib.

O təklif edib ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyatdankeçmiş və əsas fəaliyyəti Muxtar Respublikada olan sahibkarlıqsubyektlərinin 10 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindənazad edilsin:

"Eyni zamanda, Muxtar Respublikada rezidenti olan hüquqişəxslərin səhmdarları və payçılarının dividend gəlirləri 2025-ciilin yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad olunmasıtəklifini irəli sürürəm.

Dövlət satınalmalarında Naxçıvanda qeydiyyatda olan və fəaliyyətgöstərən şirkətlərə üstünlük verilsin, Sahibkarlığın İnkişafıFondunun biznes kreditlərində Naxçıvan Muxtar Respublikasına xüsusikvotanın ayrılmasını təklif edirik.

Əlavə olaraq, Naxçıvanda işçilərin məcburi sosial sığortahaqqlarının subsidiyalaşması və əmək haqqlarının müştərəkmaliyyələşməsi nəticəsində əhalinin məşğulluğunun artırılmasınıtəklif edirik", - deyə o vurğulayıb.

Seçilən
13
1
az.trend.az

2Mənbələr