AZ

COP 29: müşahidələrim və tendensiyalar – Türal İsmayılov yazır

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell İsraili Livanda təklif olunan atəşkəs razılaşmasını dəstəkləməyə çağırıb və bildirib ki, bu razılaşma İsrail üçün bütün zəruri təhlükəsizlik təminatlarını özündə birləşdirir.

APA “Reuters“ə istinadən xəbər verir ki, Borrell bunu G7 xarici işlər nazirlərinin görüşündə deyib.

O bildirib ki, Hizbullah ilə razılaşmanın həyata keçirilməməsi üçün heç bir bəhanə yoxdur və əlavə edib ki, razılaşmanın bu gün təsdiqlənməsi üçün İsrailə təzyiq göstərilməlidir.

Qeyd edək ki, yüksək rütbəli bir İsrail rəsmisi bildirmişdi ki, İsrail, cümə axşamı günü, ABŞ-nin Hizbullah ilə atəşkəsə dair təklif etdiyi planı təsdiqləməyə hazırdır.

Seçilən
8
azpolitika.info

1Mənbələr