AZ

Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto

Gürcüstan vətəndaşı olan azərbaycanlı ictimai fəal Samirə Bayramova Ermənistana buraxılmayıb.
BUTA.TVGlobalinfo.az xəbər verir ki, o bu barədə X hesabında paylaşımında bildirib. Belə ki, Varşava-Tiflis reysi ilə uçan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvana məcburi eniş edib. Lakin digər sərnişinlərdən fərqli olaraq S.Bayramovanı Ermənistana buraxmayıblar.

“Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan”,o paylaşımda qeyd edib.

Seçilən
7
3
buta.tv

10Mənbələr