AZ

Dövlət Bağçalıdan müharibə xəbərdarlığı: “Hazır olun, Putin...”

Ətrafımız od çənbərinə çevrilib. Belə bir dövrdə ölkə daxilində sabit sistemin olması qaçılmazdır. Hara dönürüksə, qanlı döyüş səhnələri gözümüzün qabağına gəlir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP sədri Dövlət Baxçalı deyib.

“Qeyri-adi ssenarilər baş verir. Türkiyəmizin indiki zamanda bu prosesə hazır olması vacibdir. İstənilən ssenariyə hazır olmalıyıq. Son üç ildə qlobal səviyyədə münaqişələr 65 faiz artıb, dünya çox ağır müharibələr yaşayır. Genişlənən iğtişaşlar spiralı dünyanı cənginə alır”, - deyə MHP lideri söyləyib.

Baxçalı Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib:

“Üçüncü Dünya müharibəsi gün işığına daşınır. Əlbəttə, belə bir müharibənin qalibi olmayacaq. Nüvə silahlarının tətbiqinin mümkünlüyünü nəzərə alsaq, bəşəriyyətin yeni məhvə dözməsi mümkün deyil. Ötən əsrdə İkinci Dünya müharibəsinin ən ağır nəticələri ilə qarşılaşan Türkiyə və türk milləti oldu.

Ukrayna-Rusiya müharibəsi və günbəgün artan gərginlik atmosferi, Qərbin Rusiyaya hücumu dəstəkləməsi və Rusiyanın cavab tədbirləri qorxunc ssenariləri aktivləşdirib. Baydenin Ukraynaya verdiyi icazədən sonra Putin yenilənmiş nüvə doktrinasını təsdiqlədi. Bütün dünya qorxu tunelindədir. Putinin ritorikası Üçüncü Dünya müharibəsi ehtimalını gündəmə gətirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
20
teleqraf.com

1Mənbələr