Mərkəzi Amerika regionunda yerləşən Qvatemalada mollardan birində avtomobil insanların üstünə düşüb.
Milli.Az "New Yorka Posta"a istinadən xəbər verir ki, avtomobil bir neçə mərtəbə düşərək bir işçinin ölümünə səbəb olub.
Milli.Az "New Yorka Posta"a istinadən xəbər verir ki, avtomobil bir neçə mərtəbə düşərək bir işçinin ölümünə səbəb olub.
Məlumatlara görə, avtomobil çox yüksək sürətlə Miaflores alış-veriş mərkəzinin dayanacaq sahəsinin yuxarı mərtəbələrindən birində hərəkət edərkən maneəni aşaraq bir neçə mərtəbə düşüb.
Hadisənin şok edici nəticələri alış-veriş mərkəzinin ziyarətçilərindən biri tərəfindən kameraya alınıb. Hadisə zamanı avtomobilin yanında tüstü qalxarkən bəzi alış-veriş edənlərin təəccüblə dayandığı, bəzilərinin isə sürücüyə kömək etməyə çalışdığı görünür.
Qəzada 22 yaşlı bir kişi işçi həyatını itirib. Hadisə nəticəsində avtomobilin sürücüsü xəstəxanaya aparılıb, amma möcüzəvi şəkildə sağ qalıb.
Aysel Əkbər
Milli.Az