Bu gün Rusiya rublu dollar qarşısında bir qədər də ucuzlaşıb.
Sfera.az xəbər verir ki, dolların rubla qarşı kursu daha 1,5 faiz yüksələrək 105,5 həddinə çatıb.
Birja məlumatlarına əsasən, dolların rubla nəzərən bahalaşması son 4 ayda davamlı hal alıb. Dörd ay əvvəl bir dollar 85 rubl idi. Qısa müddətdə Rusiyada dolların 20 rubl bahalaşması müşahidə edilib.
Dollar rubla nəzərən bahalaşdığından Azərbaycanda da manat rubla nisbətən dəyər qazanır. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, hazırda 100 rubl 1,63 manatdır. Dörd ay əvvəl isə 100 rubl 2 manat idi.
Vasif