AZ

Kəmaləddin Heydərov rəisi işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Kommersant.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Quliyev Elmir Rövşən oğlu vəzifəsindən xaric edilib.

Nazirin digər əmri ilə polkovnik-leytinat Ağayev Əlfağa Ramazan oğlu bu vəzifəyə təyin olunub.

Seçilən
5
50
kommersant.az

10Mənbələr