Hollandiya tüksüz və qulaqları bükülmüş pişiklərə sahib olmağı qadağan edəcək.
Sfera.az bildirir ki, söhbət Skottiş Fold və Sfenks cinslərindən gedir. Məlumata görə, qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Bildirilib ki, Skottiş Fold pişik cinsi, qulaqlarının bükülməsinə səbəb olan genetik mutasiyaya görə oynaq və qığırdaq problemlərinə daha çox meyllidir. Belə pişiklər qulaqlarında, ayaqlarında və quyruqlarında qığırdaq böyüməsi səbəbindən ağrı hiss edirlər.
Məlumata görə, Sfenks cinsindən olan tüksüz pişiklər isə xəstəliklərə daha çox meyllidirlər. Onların bədənlərində tük və bığ olmadığı üçün ətraf mühiti daha az hiss edirlər. Bundan əlavə, tüksüz quruluşlarına görə dəri problemləri və soyuq havaya qarşı həddindən artıq həssaslıq ola bilər.
Qeyd olunub ki, qadağa yalnız yeni sahiblənmələri əhatə edəcək. Bu cinslərə sahib olan insanlar isə pişiklərini saxlamağa davam edə biləcəklər.
Ölkə mətbuatının məlumatına əsasən, vətəndaşlardan daha əvvəl sahibləndiklərini sübut etmək üçün pişiklərinin çiplənməsi tələb olunacaq. Eyni zamanda, bu pişiklərin yarışmalarda və şoularda iştirakına da qadağa qoyulacaq.
Günay