AZ

İş yoldaşını kirayələdikləri evdə öldürübmüş...

Ötən gecə Masallıda 40 yaşlı kişinin qətlə yetirilməsi hadisəsinin bəzi detalları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad, vəfat edən Siruz Mehdiyev isə Samux rayon sakinidir.

Onlar Masallı rayonuna istixana qurmaqla bağlı sifarişə əsasən gələrək burada ev kirayələyibmiş. Cinayət hadisəsi də həmin evdə olub.

Belə ki, spirtli içki qəbul edən iş yoldaşları arasında mübahisə yaranıb. Bu zaman İ.Cavadov S.Mehdiyevə 2 bıçaq zərbəsi vurub. Zərbənin biri ölümcül olub, Siruz Mehdiyev qanitirmədən ölüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Surxay Şahbazov


Seçilən
14
3
qafqazinfo.az

4Mənbələr