AZ

Söz əməlin kölgəsidir: Haqlı da bizik, güclü də! ŞƏRH

"Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim". Bəli, bu fikirləri Prezident İlham Əliyev 21 il öncə ilk dəfə Prezident seçilərkən demişdir. Artıq bu gün deyilənlər reallığı çevrilib. Dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunaraq ardıcıl olaraq böyük tədirlərin keçirilməsinin məkanına çevrilib. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 21 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.

Mayın 10-da ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı çıxış edərək qeyd edərək bildirdi ki, «mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim: «Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq».

Bəli, bu qələbə dövlət başçımızın söylədiyi kimi, bütün Azərbaycan xalqı bir yumruq kimi birləşdi və vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən formalaşan Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Və bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da! Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır, haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: «Mən bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam».

Azərbaycan Prezidenti İlham Əliyev hansı məqamda, hansı şəraitdə, ən çətin anlarda vətəndaş amilinə, insan faktoruna qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması apardığı siyasətin mühüm prinsiplərindəndir. Dövlətimizin başçısı hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Və bu gün bir dənə də olsun çadır düşərgəsi qamayıb. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 21 ildə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub.

Həmçinin, məcburi köçkünlərin məişət problemlərinin həlli işində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Bəli, bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib və Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Çünki Qalib Prezidentimiz deyir və əməl edir. Artıq bu gün Böyük Qayıdışın yeni ünvanları: Xankəndi, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər sakinlərini gözləyir. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.

Prezident İlham Əliyev bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və tezliklə doğma yurdlarından köçkün düşən soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacaqlarını deyib: «Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu».

Bir sözlə, artıq bütün dünya görür ki, erməni vəhşilərinin dağıtdıqları ərazilərdə bərpa-quruculuq işləri sürətlənir, Qarabağ, Şərqi Zəngəzur dirçəlir, insanlar doğma ocaqlarına qayıdırlar. Azərbaycanın dünyaya təqdim etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən bərpa edilən və qurulan torpaqlarımızda sakinlərin rahat yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılıb. 30 illik torpaq həsrətinə son qoyularaq bu yerlərdə çal-çağırın yaşanması qürurvericidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışı dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sıralaması genişlənir. Tarixi Zəfərimizin üçüncü ilinin mühüm qələbə səhifələrindən biri də Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanmasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesaj kimi dəyərləndirilən “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” fikirlərinin davamı olaraq bildirdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir.

Və günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri

Seçilən
6
sesqazeti.az

1Mənbələr