“Polşa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırdır”.
Azpost.info bildirir ki, bu sözləri İrəvanda səfərdə olan Polşa prezidenti Anjey Duda həmkarı Vahan Xaçaturyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Duda Qafqaz regionunda sülh və sabitliyin olmasının vacibliyini vurğulayıb. O, bölgədəki mövcud qeyri-sabit vəziyyətə toxunub və Rusiyanın Ukraynaya təcavüzünün öz təsirini Qafqaza da göstərdiyini bildirib.
O, münaqişənin sülh yolu ilə həllinin Avropa regionu üçün prioritet olduğunu vurğulayıb. Polşa prezidenti bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərini müzakirə edib.
“Mən COP-29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də bu mövzuda danışmışam. Sülh Avropa regionu üçün vacibdir. Lazım gələrsə, biz kömək etməyə hazırıq”, – deyə Duda yekunlaşdırıb.
Azpost.info