AZ

Enrike: "PSJ-nin ÇL-dəki nəticələri ədalətsizdir"

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının cari mövsümündəki nəticələrin şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis bu barədə klubun saytına açıqlamasında danışıb.

PSJ ÇL-in Liqa mərhələsində "Jirona"ya qalib gəlib (0:1), PSV ilə heç-heçə edib (1:1), "Arsenal"a (0:2) və "Atletiko"ya isə (1:2) uduzub. Paytaxt klubu hazırda turnir cədvəlində 4 xalla 25-cidir. 

Enrike komandasının çıxışını dəyərləndirərkən bu nəticələrin ədalətli olmadığını deyib: “Məncə, bu turnirdə indiyə qədər əldə etdiyimiz nəticələr ədalətsizdir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün bizə nə qədər xal lazım olacağı hələ bilinmir. Futbolda yalnız bir şeyi bəlli olur - qol vurmaq lazımdır".

Qeyd edək ki, PSJ ÇL-də növbəti oyununu bu gün səfərdə "Bavariya"ya qarşı keçirəcək.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr