AZ

Əmək Liqasının sədri: Əmək müqaviləsinə bu hallarda xitam verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 10 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 165.6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənişinin gecikdirildiyini müəyyən edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmət məlumat yayıb.
Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyəti işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin 86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Cari ilin yanvar-oktyabr aylarında 53 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.


Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki,  əmək müqaviləsinə tərəflərin təşəbbüsü ilə xitam verilir:

“İlk növbədə işçi istəsə özü ərizə yazıb əmək müqaviləsinə xitam verdirə bilər. Digər tərəfdən işə götürən əmək müqaviləsinə müəssisənin, ştatların ləğvi halında, sınaq müddətindən keçmədikdə, ixtisası uyğun gəlmədikdə, bununla bağlı səriştəli orqanın rəyi gəldikdə və.s səbəblərdən tərəflərin iradəsindən asılı olmayaraq xitam verə bilər. Əgər işçi hesab etsə ki, onun barəsində verilən xitam qərarı qanunsuzdur, o zaman mediasiyaya müraciət etməlidir. Mediasiya prosesində nəticə olmadıqda isə, məhkəməyə müraciət edib öz hüquqlarının bərpa olunmasını tələb edə bilər. Yəni əmək müqaviləsinə qanunsuz xitam verildikdə şikayət edə bilərlər. Hətta işçi hüquqlarını bərpa etsə buraxılmış iş günlərini pulunu ala və işə qayıda bilər”.
Seçilən
11
sherg.az

1Mənbələr