AZ

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Prezident İlham Əliyevə təşəkkür edib.



aia.az-ın məlumatına görə, Əziz Ələkbərli bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı danışıb.

“Qərbi Azərbaycana qayıdışa verdiyi dəstəyə görə cənab Prezidentə və hökumət üzvlərinə Qərbi Azərbaycan İcması adından təşəkkür edirəm. Məhz bu dəstəyə görə heç kəs şübhə etmir ki, tarixi ədalət bərpa olunacaq. O cümlədən gələn ilin büdcəsində hərbi və müdafiə büdcəsinin artırılması çox yaxşı haldır. Çünki Ermənistanda son günlər edilən çıxışlar onların qonşu ölkələrə qarşı ərazi iddialarının olduğunu və bundan əl çəkməyəcəyini göstərir. Sülh sazişi ilə bağlı müzakirələr isə onlara silahlanmaq üçün lazımdır”, - o deyib.



Seçilən
18
2
aia.az

3Mənbələr