Qadınlar bütün dünyada zorakılığa, zülmə və bərabərsizliyə qarşı küçələrə çıxıblar.
"Cebheinfo.az" xəbər verir ki, Perudan Fransaya, Argentinadan Yunanıstan və Tunisə kimi onlarla ölkədə keçirilən aksiyalarda qadın hüquqlarının hədəfə alınmasına etiraz edilib.
Bir çox ölkədə sağçı mühafizəkar liderlərin və hökumətlərin abort hüququnu hədəfə aldıqları, irticaçı tətbiqlərə qarşı birlikdə mübarizə aparacağı bildirilib. Dünyada qadınların fiziki və iqtisadi zorakılıq kimi problemlərlə üzləşdiyi, 25 Noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Gününün bu problemlərin mövcudluğunu bir daha cəmiyyətə xatırlatdığı vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az"