AZ

Narışkin: “Qərb Gürcüstanda “rəngli inqilab”a cəhd edir”

“Ümid edirəm ki, Qərbin cəhdi iflasa uğrayacaq”

“Ümid edirəm ki, Qərbin Gürcüstanda “rəngli inqilab” həyata keçirmək cəhdi iflasa uğrayacaq”. Turkustan.az rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

Narışkin MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərlərinin 20-ci Müşavirəsində çıxışı zamanı bildirib ki, Gürcüstan hazırda xarici qüvvələr vasitəsilə “rəngli inqilab” cəhi ilə üzləşib: “Yəni dövlət çevrilişinə cəhd edirlər. Ümid edək ki, bu, uğursuz olacaq. Necə ki, Qərbin Belarus və Qazaxıstana zərbə vurmaq cəhdləri əvvəllər uğursuz olub”.

Qeyd edək ki, oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edən Gürcüstan müxalifəti paytaxt Tiflisdə aksiyalar keçirirlər. Müxaliflər seçkilərin yenidən keçirilməsini tələb edirlər./AYNA/

Seçilən
26
turkustan.az

1Mənbələr