AZ

İslamabadda asayişi təmin etmək üçün ordu cəlb olunub

Bakı. Trend:

Pakistanın Daxili İşlər Nazirliyi təhlükəsizliyi təmin etməküçün paytaxt İslamabada ordu hissələrinin yeridildiyiniaçıqlayıb.

Trend xəbərverir ki, Geo TV telekanalının məlumatına görə, Pakistan ordusunaetirazçılara qarşı qətiyyətli davranmaq və lazım gələrsə, odlusilahdan istifadə etmək əmr olunub.

Həmçinin Müdafiə Nazirliyinə asayişi qorumaq üçün şəhərinistənilən bölgəsində komendant saatı tətbiq etmək səlahiyyətiverilib.

Qeyd edək ki, noyabrın 24-də müxalif Ədalət Uğrunda Hərəkatpartiyası ümummilli etiraz aksiyasına başlayıb. Onlar respublikakonstitusiyasına oktyabrda edilən düzəlişlərin ləğvini, fevraldakeçirilən parlament seçkilərinin nəticələrinə yenidən baxılmasınıvə siyasi məhbusların, o cümlədən partiyanın qurucusu və sabiq başnazir İmran Xanın azadlığa buraxılmasını tələb edirlər.

Etirazçıların artıq İslamabada daxil olduğu bildirilir. Onlarhazırda əsas hökumət binalarının, məhkəmə və qanunvericilikinstitutlarının yaxınlığında yerləşən “Di-Couk” meydanının bir neçəkilometrliyindədir.

Seçilən
34
3
az.trend.az

4Mənbələr