AZ

"Monopolistlərə görə xeyli insan evinə çörək apara bilmir" - Əli Məsimli

“Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın inkişafına çox ciddi mane olur”.

“Yeni Gundem” “Unikal”a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

“Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, haqsız rəqabət bizim üçün böyük əngəl yaradır. Monopolistlər öz imkanlarından istifadə edərək müxtəlif üsullarla rəqiblərini sıradan çıxarırlar.

Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar və fərqində deyillər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir.

Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir”, – deyə deputat bildirib.

Seçilən
0
5
yenigundem.az

6Mənbələr