AZ

Qazaxıstan Şimal-Cənub dəhlizinin daşıma qabiliyyətini iki dəfə artırmaq niyyətindədir



Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TSKB) və “Şimal-Cənub” tranzit dəhlizlərinin imkanlarını artırmaq niyyətindədir. Bu barədə hökumətin iclasında nəqliyyat naziri Marat Karabayev məlumat verib.
O qeyd edib ki, dünyada ənənəvi logistika istiqamətlərinin dəyişməsi ilə əlaqədar Şimal-Cənub dəhlizinin əhəmiyyəti günü-gündən artır.
"Onun yükgötürmə qabiliyyəti ildə 10 milyon ton təşkil edir. Bu il daşınmış yüklərin faktiki həcmi 1,8 milyon ton təşkil edib. Dəhlizin potensialını nəzərə alaraq, onun daşıma qabiliyyətini 20 milyon tona çatdırmağı planlaşdırırıq", - deyə Marat Karabayev bildirib.
Bunun üçün nazirin qeyd etdiyi kimi, cari ilin iyul ayında İran, Türkmənistan və Rusiya ilə dəhlizin sinxron inkişafı üzrə Yol Xəritəsi imzalanıb.
Bu dəhliz üzrə yük axınını artırmaq üçün Qazaxıstan tranzit daşımalara 50% xüsusi tarif endirimi təklif edib. Bundan əlavə, Şimal-Cənub Dəhlizinin şərq istiqamətində Birləşmiş Nəqliyyat və Logistika Şirkəti modeli üzrə Vahid Logistik Operatorun yaradılması istiqamətində işlər aparılır. Hazırda Qazaxıstan və Rusiya birgə müəssisənin yaradılmasına hazırlıq işlərini başa çatdırıblar. Türkmənistan tərəfi bu layihədə iştirakla bağlı qərar qəbul edir.
Bu ilin 10 ayında TCKB-nin dəhlizi üzrə daşımaların həcmi 68% artaraq 3,8 milyon tona çatıb.
Seçilən
7
newscenter.az

1Mənbələr