Azad edilmiş ərazilərin bərpası bu gün prioritet sahədir, 2021-ci ildən bu ilin sonuna qədər bu sahəyə 19 milyard manat ayrılıb.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, 2025-ci ildə bu istiqamətə 4 milyard manat ayrılacaq: “Bunlar vacib məsələlərdir”.
Elman Nəsirov sərhəd kəndlərin tam qazlaşdırılmasını da təklif edib.