AZ

İqlim dəyişikliyi fonunda su anbarlarının tikilməsi və bərpası daha aktualdır

İqlim dəyişikliyi fonunda su anbarlarının tikilməsi və bərpası daha aktualdır.

Bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Yaxşıdır ki, büdcə tərtib edilərkən qısamüddətli deyil, həm də uzunmüddətli hədəflər nəzərə alınıb, gələcək nəsillərin rifahı diqqətdən kənarda qalmayıb. Qusar şəhərinin yanındakı Bənövşə gölü su anbarı rayon mərkəzini və ətraf kəndləri uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib, amma son illər baxımsız qalıb, quruyaraq yararsız hala düşüb. İqlim dəyişikliyi şirin su mənbələrinin azalmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, müvafiq qurumdan anbarın bərpasını diqqətdə saxlamasını xahiş edirəm”, - deyə o qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, Qusar rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması problem olaraq qalır: “Rayonun yaşayış məntəqələrinin cəmi 57 %-i qazlaşdırılıb. Bu problemin həlli mühümdür. Digər məsələ, 300 yerlik Yasab tam orta məktəbinin yenidən qurulması ilə bağlıdır. Məktəb binasının dam örtüyünün yarısı yoxdur, digər hissəsi isə qəzalı vəziyyətdədir. Elm və Təhsil Nazirliyindən bu probleminin həll edilməsini xahiş edirəm".

Seçilən
10
sam.az

1Mənbələr