Bakı.Trend:
Noyabr ayının 30-dan Bakı metropoliteninin Qırmızı xəttinin“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurmaişlərinə başlanılır.
Trend xəbər verir ki, bunu bugün jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrmüavini Hidayət Məmmədov deyib.
O bildirib ki, bu stansiyanın dalanı qatarların bir yoldandigərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçikhəcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir.
“İstismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraitistansiyanın yol dalanında tunelin konstruktiv elementlərinə mənfitəsir edib. Davamlı təsirlər nəticəsində yan və orta divarlardaerroziyanın intensiv xarakter aldığı müşahidə olunub. Blok və örtükpanellərində mühafizə qatının betonu qopub, işçi armaturlarkorroziyaya uğrayaraq deformasiyaya məruz qalıb və proses davamlıxarakter alıb.
Yükdaşıyan konstruksiyaların dayanıqlığının yoxlanılması vəgücləndirmə işlərinə zərurət barədə rəyi Fövqəladə HallarNazirliyinin tabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət DövlətAgentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktorİnşaat Materialları İnstitutu verib.
Qeyd olunmalıdır ki, stansiyanın inşası 1981-1987-ci illərdəmühəndis-geoloji və hidrogeolojı tədqiqatlara görə aqressiv kimyəvitorpaq qatına malik ərazidə aparılıb. Sonrakı illərdə tikintinindayandırılması, eləcə də ərazinin hidrogeoloji vəziyyətindəkəskinliyin artması yol dalanında mövcud vəziyyətin yaranmasınınəsas səbəbidir.
Hərtərəfli araşdırma və təhlillər belə nəticəyə gətirib ki,konstruksiyaların izolyasiya qatı zədələnərək keyfiyyətiniitirdiyindən 20 ildən artıq istismar dövrü və qrunt sularıstansiyanın yol dalanının konstruktiv elementlərinə təsirsizötüşməyib və təmiri qaçılmaz edib.
Stansiya dalanının təmiri ilə əlaqədar keçirilmiş tenderinqalibi “Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası bütün prosesi6 mərhələdən ibarət olmaqla təmin edəcək. Sahədə tikinti-bərpaişləri üçün hazırlıq tədbirləri görülüb və təşkilati məsələlərhəllini tapıb. Yükdaşıyıcı konstruksiyaların davamlılığını təminetmək məqsədilə yaxınlıqdakı şaxtanın yerüstü sahəsində dalantunelinin istinad divarına qədər pandus qazılıb. Pandusunquraşdırılması üçün svaydan istifadə olunub. Bu işlər sonmərhələsindədir", - o əlavə edib.
Onun sözlərinə görə, təmir zamanı mövcud təsərrüfat demontajediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək.
"Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavasıgücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdəaqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanıntəsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özülbetonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluşelementləri layihə əsasında yenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələryenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarınınelektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə,işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğınsiqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemləryenidən qurulacaq.
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalarüzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-betonbloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolitözül üzərində quraşdırılacaq.
Ümumiyyətlə, təmir zamanı ən dayanıqlı materiallardan, müasirdövrün infrastruktura uyğun son texnoloji yeniliklərindən istifadəolunacaq”,-deyə o qeyd edib.