AZ

“Rusiya Ukraynada münaqişənin dondurulmasını rədd edir” - Sergey Narışkin

“Rusiya Ukraynada hərbi əməliyyatların dondurulması ideyasını tamamilə rədd edir”.

Missiya.Az xəbər verir ki, bunu jurnalsitlərə müsahibəsi zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Əgər münaqişənin dondurulması ilə bağlı bu cür müzakirələrdən və təkliflərdən danışsaq, o zaman deyəcəm ki, Rusiya münaqişənin Koreyaya bənzər istənilən dondurulmasını və ya hər hansı digər variantı uzun illərdir ki, rədd edir”, - deyə siyasətçi vurğulayıb.

Narışkin qeyd edib ki, sülh ilk növbədə Rusiya və onun vətəndaşları üçün təmin edilməlidir. 

Onun sözlərinə görə, sülhün təmin olunmasının şərti Ukrayna münaqişəsinin səbəblərini aradan qaldırmaqdır.

“Rusiya danışıqlara açıqdır. Belə danışıqların şərtlərini isə prezident bu ilin iyununda Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşü zamanı qeyd edib. Qərb paytaxtları Rusiya prezidentinin təklif etdiyi sülh müqaviləsinin şərtlərini və müvafiq olaraq danışıqları nə qədər tez başa düşsələr, bu, Ukrayna, Avropa və təbii ki, Rusiya üçün bir o qədər yaxşı olar”, - deyə Narışkin bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr