AZ

Kejman Qurban Qurbanovun dubl etdiyi oyunu xatırladı: "O, xal itkisinə görə məni günahlandırdı?"

Serbiya və Monteneqro yığmasının sabiq hücumçusu Mateya Kejman AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində Podqoritsada Azərbaycan yığması ilə heç-heçə (2:2) oynadıqları matçı xatırlayıb.

Sportal.az xəbər verir ki, Serbiyanın “Mondo” nəşrinə danışan Kejman Azərbaycan futbol tarixinin unudulmaz görüşlərindən olan oyun haqda belə danışıb:

“Həmin vaxtkı baş məşqçimiz Azərbaycan üzərində əldən verilmiş qələbəyə görə məni günahlandırdı? Dejo bu gün mənim böyük dostumdur, onun haqqında çox yüksək düşünürəm. O, bəlkə də bizim bütün dövrlərin ən böyük oyunçumuzdur. O vaxtı gənc idim və belə hallar yaranırdı. Niyəsini xatırlamıram, amma Azərbaycanla Podqoritsada oynadıq. Yağış yağırdı və Dejo məni, Peja Miyatoviçlə oyundan kənarlaşdırdı. Bundan sonra iki qol buraxdıq və görüş 2:2 hesabı ilə başa çatdı”.

Xatırladaq ki, həmin görüşdə millimizin hər iki qolunu Qurban Qurbanov vurmuşdu.

saytlarin hazirlanmasi

Seçilən
29
2
sportal.az

3Mənbələr