19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma startda İsveçrə ilə qarşılaşıb.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb. Həbib Ağayevin rəhbərliyi altında turnirə yollanan U-19 fasiləyə qədər 2, ikinci hissədə isə 6 top buraxıb.
Azərbaycan yığması noyaqbrın 29-da Estoniya, dekabrın 2-də isə qrup matçlarına ev sahibliyi edən Kiprlə qarşılaşacaq.