AZ

Tibb təhsil olmayanlar cərrahi əməliyyatlar icra edir - Deputat

Tibb təhsili olmayanlar cərrahi əməliyyatlar icra edir. Bunu Milli Məclisin deputatı Səyad Aran deyib.
 
"Mətbuatda Ülviyyə İlyasova adlı həkimin qaynı arvadını əməliyyat edərkən öldürdüyünü oxudum. Mən başa düşmürəm. Bu həkimin tibb təhsili yoxdursa necə cərrahi əməliyyat aparıb? Burdan Səhiyyə Nazirliyinə və TƏBİB-ə səslənirəm ki, bu məsələ ilə bağlı məşğul olsunlar", - deputat noyabrın 26-da  Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.  
 
Bir müddət öncə hazırda ABŞ-da yaşayan Qənirə Ataşova Azərbaycanda 50-yə yaxın həkimlərin siyahısını açıqlayaraq bildirib ki, onların tibbi təhsili yoxdur. 
 
Həmin siyahıda adıçəkilən həkimin Ülviyyə İlyasovanın da adı yer alıb.  Ataşova vurğulayıb ki, hazırda Ülviyyə İlyasova həkim fəaliyyəti ilə məşğul olmağa davam edir. 
 
Bundan əvvəl Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
33
anews.az

1Mənbələr