AZ

AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırdı

AFFA U-13 Liqasında çıxış edən iki komandanı - “Sahil” və “Pambıqçı”nı texniki məğlubiyyətlə (0:3) cəzalandırıb.

"Unikal" xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya səbəb hər iki komandanın təyin edilən vaxtda meydanda olmamasına görə oyunların baş tutmamasıdır. Noyabrın 23-də “Sahil” “Neftçi” ilə matça gəlmədiyi üçün komandaya texniki məğlubiyyət verilib. “Pambıqçı” isə ayın 13-də “Füzuli” ilə görüş üçün təyin edilən vaxtda meydanda olmadığı üçün cəzalandırılıb.

AFFA U-16 Liqasında noyabrın 22-də keçirilən “Dinamo” - “Şamaxı” görüşünün 65-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Kamran Məhərrəmov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Futbolçu bu hərəkətinə görə 4 oyun cəzalandırılıb.

Seçilən
1
11
unikal.az

10Mənbələr