AZ

Yığımları ən çox artan və azalan - SIĞORTA ŞİRKƏTLƏRİ - SİYAHI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta bazarı əvvəlki ilin eyni dövrünə nisbətən 92,3 milyon manat və ya 9% böyüyüb.

FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə ən yüksək artım "Meqa Həyat Sığorta şirkətində qeydə alınıb. Sığorta şirkətinin yığımları son bir ildə 2,4 dəfə, başqa sözlə 5,7 milyon manata yaxın artıb.

“Atəşgah” Sığorta Şirkətinin yığımları 55%, başqa sözlə 18,9 milyon manat artıb.

“Qala Sığorta” isə yığımlarını son bir il ərzində 32% və ya 16,1 milyon manat artırıb.

"Azərbaycan Sənaye Sığorta"nın yığımlarında 32%, başqa sözlə 5,1 milyon manata yaxın artım baş verib.

“Atəşgah Həyat” Sığorta Şirkətində artım dinamikası 30% (16,2 milyon manat) civarında olub.

Bununla yanaşı yığımlarında azalma baş verən sığorta şirkətləri də var. Onlardan "İpək Yolu Sığorta"da 2,9 dəfə (10,2 milyon manat) və "Bakı Sığorta"da 2,9 dəfə (2,8 milyon manat) olmaqla daha kəskin azalma baş verib.

Seçilən
25
fed.az

1Mənbələr