NATO müharibə xəbərdarlığı edir
NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer Belçikanın paytaxtı Brüsseldə Avropa Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə bütün müəssisələrə müharibə xəbərdarlığı edib.
Reyting.az-ın məlumatına görə, admiral Bauer deyib ki, müəssisələr müharibə ssenarisinə hazır olmalı, istehsal və paylama xətlərini buna uyğun tənzimləməlidir.
O, Avropa və ABŞ-dakı biznesləri müharibəyə hazırlıqla bağlı xəbərdar edib. Bauerin xəbərdarlığında deyilir ki, Avropa və ABŞ-dakı bizneslər qəbul etdikləri biznes qərarlarının ölkələrinin təhlükəsizliyi üçün strateji nəticələri olduğunu dərk etməlidirlər.
“Biz təxribat aktlarının artdığını görürük. “Qazprom” ilə razılaşmamız olduğunu düşünürdük, əslində, Rusiya prezidenti Vladimir Putinlə razılaşmamız vardı. Eyni şey Çin mənşəli mallara da aiddir. Əslində, Çin lideri ilə müqaviləmiz var”,- deyən admiral belə razılaşmaların etibarlı olmadığına işarə edib.
E. KAMAL