AZ

Su çiçəyinə qarşı zamanında vaksin vurulması son dərəcə mühimdir -Professordan ÇAĞIRIŞ

Azərbaycanda orta məktəb şagirdləri arasında suçiçəyi xəstəliyi yayılıb. 
bu barədə Lent.az-a valideynlər məlumat veriblər.
İddia olunur ki, bəzi məktəblərdə uşaqlar arasında suçiçəyinə yoluxma hallarına rast gəlinir.
Suçiçəyi zamanı uşaqlara hansı müalicə növləri lazımdır? Virus hansı yollarla yayılır? Su çiçəyinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzuya münasibət bildirən Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, suçiçəyi virusu və onun törətdiyi xəstəliyə qarşı Milli Peyvənd Təqvimi ilə uşaqlara peyvənd edilir:

“Birinci peyvənd 12-15 aylarında, ikinci isə 4-6 yaşlarında ivurulur. Lakin uzun müddət valideynlər uşaqları Milli Peyvənd Təqvimindən yayındırıblar. Valideynlərdən əlavə polikinikaların da məsuliyyətsizliyi olub. Çünki peyvənd üçün valideynləri çağırmayıb və məcbur etməyiblər. İndi isə bu dramatik vəziyyət ilə üz-üzə gəlirik. Ümumiyyətlə xəstəlikdən sonra immun sistem zəifləyir.  Bu vəziyyət qızılcanı xatırladır. Xatırlayırsınızsa ölkədə epidemiyanın olmasına az qalmışdı. Ona görə də zamanında uşaqlara vaksin vurulması son dərəcə mühimdir. Biz buna əməl etməsək xəstəliklər hər hansı formada özünü göstərəcək, dəyişəcək və davamlı formada olacaq. Düşünürəm ki, xəstəliyin kökünə getmək və aradan qaldırmaq lazımdır. Xəstə uşaqlarla təmasda olan sağlam uşaqlar 72 saat ərzində vaksin edilə bilərlər. Kim vaksin vurdurmayıbsa, vaksin olunsun ki, geniş şəkildə problem yaşamayaq”.
Seçilən
10
sherg.az

1Mənbələr