Aİ ölkələri İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair orderə əməl etməyə borcludurlar, əks halda bu, ikili standartların təzahürü olacaq.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
“Məhkəmə Putinə qarşı çıxanda siz alqışlaya, amma Netanyahuya qarşı çıxanda susa bilməzsiniz”, - Avropa diplomatiyasının rəhbəri öz fikirlərini bölüşüb.
Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və Yəhudi dövlətinin Müdafiə Nazirliyinin keçmiş rəhbəri Yoav Qallantın həbsinə order verib. Onlar 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək insanlığa qarşı və hərbi cinayətlərdə ittiham olunublar.