"Barselona" yarımmüdafiəçiləri Pedri və Qavi ilə yeni müqavilə imzalayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano məlumat yayıb.
Bu mövsüm Pedri bütün turnirlər daxil olmaqla 18 matçda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə verib.
Qavinin cari mövsümdə yeddi oyunu var və heç bir qol vurmayıb.