AZ

“Biz heç vaxt sivilizasiyaların toqquşmasına bu qədər yaxın olmamışıq” - Hakan Fidan

“Biz heç vaxt sivilizasiyaların toqquşmasına bu qədər yaxın olmamışıq, bu bəşəriyyət üçün bir xəbərdarlıqdır”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Portuqaliyada keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda çıxış edən zaman deyib.

O, bildirib ki, bəşəriyyət nə qədər susarsa, beynəlxalq sistem bir o qədər parçalanacaq.

Bu gün müşahidə olunanların 2006-cı ildə yüksək səviyyəli qrupun hesabatında vurğulanan məsələləri tam şəkildə ortaya qoyduğunu bildirən Fidan Yaxın Şərqdəki problemlər həll edilmədən daimi qlobal sülhə nail olmağın mümkün olmayacağını vurğulayıb.

Fidan Qəzzada günahsız uşaqlar da daxil olmaqla on minlərlə insanın öldürüldüyü, milyonlarla insanın aclıq, yoxsulluq və ölümlə üz-üzə qaldığı müddətcə üfüqdə sülh olmadığına diqqət çəkib və deyib:

"Sivilizasiyalar Alyansı və onun əsas dəyərlərini dəstəkləyən ölkələr Qəzzada baş verən humanitar fəlakətə səssiz qala bilməz. Ona görə də Fələstinə sülh istəyən ölkələrin bu gün bu salonda olması təsadüfi deyil. Beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə hörmət etmədən bizə mühazirə oxuyanlar bu gün bu salonda deyillər, çünki bu, sülh ittifaqıdır. Bu, təkcə Qərbdə deyil, həm də dünyanın qalan hissəsində, o cümlədən Fələstində sülh üçün bir ittifaqdır”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr