AZ

Bu sənəti seçən tələbələr DAHA ÇOX İŞ TAPIR- EKSPERT AÇIQLADI 

Azərbaycanda Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında ölkəmizdə fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib. Reytinqə görə, məzunları ən çox işlə təmin edilən ilk 3 universitet Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Dövlət Universitetidir. Universitetlərin məzunlarını təyinatla işlə təmin etməsi hansı üstünlüklərlə və çətinlikləri yarada bilər. Məzunların öz istəklərinə uyğun olmayan yerlərə təyin olunması onların gələcək karyerasını zədələyə bilərmi?
 
 
Mövzu ilə bağlı iqtisadçı -ekspert Elman Sadıqov Moderator.az-a danışıb. Qeyd edib ki,  bu gün əmək bazarında iqtisadiyyat sektorunda ən çox inkişaf edən sahələr bank və sığortadır:   
 
“Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri özlərinə daha rahat iş tapır, o cümlədən də Bakı Dövlət Universitetinin tələbələri. Belə ki, onların müxtəlif profilləri burada hüquqdan tutmuş digər sahələr mövcuddur. Amma bunların da əksəriyyəti daha çox pedaqoji sahələrdən ibarətdir.  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə daha çox neft sahəsi üzrə kadr yetişdirir. Çünki bu universitetin özünün bir ənənəsi var. Vaxtilə buradan da yüksək ixtisaslı kadrlar hazırlanıb və bunlar da daha çox özlərinə neft, kimya, mühəndislik və s. sahələrdə yetişdirib, iş tapıblar.  
ADA Universitetində isə sistem bir qədər fərqlidir. Burada  yüksək səviyyədə  tədris prosesi aparılır. Həmin universiteti bitirən tələbələrin bir çoxu xarici ölkələrdə magistraturaya qəbul olurlar.  Bunun isə ölkədə məşğulluq səviyyəsinə heç bir təsir göstəricisi yoxdur. Belə ki, bakalavr pilləsini bitirən tələbələrin əmək bazarında  heç bir göstəricisi olmur.  
Təyinatla göndərilmək məsələsinə gəldikdə isə bu da çox böyük önəm daşıyır.  Tutaq ki, bir çox ölkələrdə  ucqar rayonlarda,  kəndlərdə olan tələbi qarşılamaq üçün tələbələr ora təyinatla göndərilir, yerləşdirilir. Yəni əmək bazarında belə regionlar üzrə bərabər yerləşməni, regionlara ixtisaslı kadrların göndərilməsini təmin etmək məsələləri var. Amma Azərbaycanda  təyinatla göndərilmə məsələləri  minimum səviyyədədir".
Seçilən
32
50
moderator.az

10Mənbələr