İstanbul polisi partlayıcı maddələrdən istifadə etməklə terror aktı hazırlayan İŞİD terror qruplaşmasının iki silahlısını saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik idarəsi məlumat yayıb.
Məlumata görə, əməliyyat Qaziosmanpaşa ərazisində həyata keçirilib.
Məlumatda qeyd olunub ki, 2021-ci ildə saxlanılan şəxslər İŞİD-də iştirakda ittiham edilərək 2023-cü ildə həbsdən azad ediliblər.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ölkənin 18 vilayətində polisin keçirdiyi əməliyyatlar nəticəsində 54 nəfərin İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanıldığını bildirib.