Bakı. Trend:
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbuluprosesinə start verilir.
Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumatagörə, 28 noyabr 2024-cü il saat 11:00-dan etibarən şagirdlərinməktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinəstart veriləcək.
İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektronqəbul prosesi valideynlər tərəfindən portal.edu.azsaytı vasitəsilə aparılacaq.
Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsilmüəssisəsində pilot olaraq həyata keçiriləcək.
Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesininsürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eynizamanda məktəbdənkənar təhsil imkanlarınıngenişləndirilməsidir.