Noyabrın 28-də saat 17-də Landmark Cinema-da Ukrayna Kinosu Günlərinin açılış mərasimi keçiriləcək.
Tədbir Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Noyabrın 28-dən dekabrın 1-nə qədər bakılılar və paytaxtın qonaqları Ukrayna kinematoqrafçılarının ən yaxşı filmlərini izləyə biləcəklər. Tədbir mətbuat üçün brifinqlə açılacaq.
Mərasimdə aktyor və rejissor Axtem Seyitablayev və Ukrayna Milli Kinematoqrafçılar İttifaqının rəhbəri Serxi Borodeniuk iştirak edəcəklər.
Mərasimdə azərbaycanlı aktyor Novruz Paşayevə "La Polisiade" filmində ən yaxşı kişi roluna görə mükafat təqdim ediləcək.
Filmlər hər axşam saat 18-dən 22-yə qədər Landmark Cinema-da nümayiş olunacaq.
Filmlərin nümayiş tarixləri və saatları:
"Evə" (18:00 – 19:40, 28 noyabr)
Dovbuş (19:50 – 22:00, 28 noyabr)
Dəlilər (18:00 – 20:00, 29 noyabr)
Eqr eqor (20:10 – 22:00, 29 noyabr)
“Slovo” Evi. Sonsuz bir roman (18:00 – 20:00, 30 noyabr)
Mən.”Qələbə” və Berlin (20:10 – 21:55, 30 noyabr)
Mavka. Meşə mahnısı (18:00 – 19:40, 1 dekabr)
Şedrik (19:50 – 22:00, 1 dekabr)