AZ

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilib - Nazir

Bakı, TurkicWorld

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və iqtisadi fəal olan şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilib.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisdə "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

Seçilən
5
11
turkic.world

10Mənbələr