AZ

Dövlət Pənah Hüseynin partiyasına illik 3 400 AZN köçürdü

Sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasına dövlətdən maliyyə vəsaiti ayrılıb. Bu barədə Modern.az-ın partiya sədrinin özü məlumat verib.

O qeyd edib ki, maliyyə vəsaiti hələlik hesaba köçməyib.

“Qanuna uyğun olaraq bir il üçün səhv etmirəmsə, 3400 manat ayrılıb. Hələki bu vəsait partiyanın hesabına köçməyib. Yəqin ki, Maliyyə Nazirliyi bu barədə məlumat verəcək”, – Pənah Hüseyn bildirib.

Xatırladaq ki, sentyabrın 1-də keçirilən parlament seçkilərində iştirak edən və parlamentə düşə bilməyən bütün partiyalara maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Seçilən
4
10
yenigundem.az

10Mənbələr