AZ

“ABŞ və Aİ öhdəliklərdən qaçmağa çalışır” - POLİTOLOQ AÇIQLADI

“COP29 ərəfəsində ABŞ və Avropa İttifaqı özünü məhsuliyyətdən kənarda saxlamaq üçün bir çox cəhdlər edirdi. Bunun da əsas səbəbi Avropa İttifaqı və ABŞ-da böyük sənaye müəssisələri fəaliyyət göstərir və onlar ekologiyaya xeyli dərəcədə zərər vururlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, iqlim maliyyələşməsi ilə bağlı öhdəliklərdən də ABŞ və Aİ qaçmağa çalışır: “Onlar daha çox öz sənaye müəssisələrində məhsul istehsal etməyi düşünür və digər problemlərlə maraqlanmırlar. Bu baxımdan COP29 kimi qlobal tədbirin keçirilməsinin qarşısını almaq üçün süni maneələr yaradılması da müşahidə olunurdu. Xüsusilə vurğulamaq lazımdır ki, COP29 tədbiri çərçivəsində iqlim maliyyələşməsi ilə bağlı 300 milyard dollar ABŞ dolları həcmində məbləğin müəyyənləşdirilməsi tarixi nailiyyət hesab olunur. Burada inkişaf etmiş dövlətlərlə, inkişaf etməkdə olan dövlətlər arasında da ortaq razılıq əldə olundu. Bu da Bakının uğuru kimi qiymətləndirilməlidir.

Eyni zamanda C.Bayden adminstrasiyası yeni rəhbərliyə çox sadə problemlər yaratmaqla məşğuldurlar. Bu özünü müxtəlif sahələrdə göstərir. Bu mənada COP29-da da siyasi fikirlərin, ikili yanaşmanın şahidi olurduq. Azərbaycan isə çalışdı ki, həmrəyliyi formalaşdırsın. Bu xüsusda da iqlim maliyyəsi ilə bağlı ortaq nəticənin əldə olunması çox mühüm əhəmiyyətə malikdir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
9
sia.az

1Mənbələr